Sənət 15:15 04.02.2015

Sevinc Çılğın yarmarkada kitab satacaq

"Qanun" nəşriyyatı ənənəvi kitab yarmarkasını davam etdirir.

Qaynar.info-nun verdiyi xəbərə görə, 5-8 Fevral tarixində Park Bulvar Ticarət mərkəzində nəşriyyatın yarmarkası keçiriləcək.

Yarmarkada yazar Sevinc Çılğın da iştirak edəcək. Sevinc xanım həm kitab satacaq, həm arzu edənlərə kitab imzalayacaq, həm də yeni şeirlərini səsləndirəcək.

Sevinc xanım 5 fevral saat 19-20:00 aralığında yarmarkanın qonaq iştirakçısı olacaq.

Qeyd edək ki, oxucular yarmarkada "Qanun"un yeni nəşrləri ilə birgə nəşriyyatın öncəki kitablarını 20 faiz endirimlə əldə edə biləcəklər.

Qaynar.info