Ölkə 20:34 01.08.2018

Sevinc Çılğına ARB-də vəzifə verildi

Tanınmış yazar Sevinc Çılğına ARB-də vəzifə verilib.

Axşam.az-ın məlumatına görə, o, telekanalda baş redaktor vəzifəsinə təyin olunub. Sevinc Çılğın artıq bu gündən etibarən işinin icrasına başlayıb.

Qeyd edək ki, S.Çılğın indiyədək bir neçə telekanalda məsul vəzifələrdə çalışıb.