Xəbər lenti

Video 23:25 08.01.2021

Səxavət Məmmədovun məzarı illər sonra... (VİDEO)

Azərbaycanın mərhum xənandəsi Səxavət Məmmədovun Ağdamdakı məzarı ziyarət edilib.

Qaynarinfo xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, Səxavət Məmmədov 1991-ci ildə avtomobil qəzası nəticəsində vəfat edib. Müharibə vəziyyətinə görə, Səxavət Məmmədovun qəbri üzərinə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşını kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırmaq mümkün olmayıb.  Daha sonra isə ifaçının doğulduğu Abdal Gülablı  kəndi işğal olunub. Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qalmışdı.

Xatırladaq ki, Səxavət Məmmədov muğam ustası Firuz Səxavətin böyük qardaşıdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->