Ekonomiks 10:09 02.10.2018

"Show TV" və "Habertürk" qazax biznesmenə satıldı

Türkiyənin "Show TV" və "Habertürk" media orqanları Qazaxıstandan olan şəxsə satılıb.

Qaynarinfo Haberler-ə istinadən xəbər verir ki, "Ciner" Media Qrupuna daxil olan media orqanlarının hansı qiymətə satılması barədə məlumat yoxdur. Detallar barədə tezliklə açıqlama veriləcəyi bildirilir. Bir müddət öncə "Show TV" və "Habertürk" binalarının Medipol Xəstəxanasına satılması barədə məlumat yayılmışdı. 

Qeyd edək ki, media orqanlarının sahibi olan Turgay Cinerin uzun müddətdir mediadan çıxmaq istədiyi və İngiltərədə yaşadığı deyilir.

Gülşən