Texnologiya 11:29 06.03.2019

Şifrələri qorumağın daha təhlükəsiz standartı təqdim edildi

World Wide Web Konsorsiumu (W3C, internet üçün texnologiya standartlarını hazırlayan və həyata keçirən təşkilatı) internet şifrələrini əvəzləyən WebAuthn (Web Authentication) adlı icazə standartını təsdiqləyib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, yeni standarta görə istifadəçi hər hansısa bir hesaba daxil olmaq üçün şifrəsini təsdiqləyəcək qurğuya sahib olmalıdır. Bu, USB-yə yazılmış sadə təhlükəsizlik açarı və ya biometrik identifikasiyanı dəstəkləyən daha inkişaf etmiş qurğu ola bilər. Məsələn, barmaq izi, üztanıma xüsusiyyətinə sahib smartfon və s.

WebAuthn-un əsas üstünlüyü yadda saxlanılmalı olan şifrələrdən daha təhlükəsiz olmasıdır.

Qeyd edək ki, bu standart ötən il açıqlanıb və hazırda Chrome, Firefox, Edge və Safari tərəfindən dəstəklənir. Buun üçün yeni standart sayt sahibləri tərəfindən qəbul olunmalıdır. 

Xatırladaq ki, bu özəllik Dropbox və Microsoft-da var.