Dünya 11:30 06.08.2020

Silahlı gənclər Trampın iqamətgahına girdi, sadəcə bəxtləri gətirdi

Üç yeniyetmə avtomatla ABŞ prezidenti Donald Trampın iqamətgahının ərazisinə girib.

Qaynarinfo xəbər verir ki, bu haqda "Miami Herald” polis hesabatlarına əsasən məlumat verib. 

Polisin verdiyi xəbərə görə, hadisə planlaşdırılmış olmayıb. Polisdən gizlənən 15 yaşlı qanun pozucuları divarın üstünə qalxıb və təsadüfən dövlət başçısının Florida ştatındakı Mar-a-Lago adlı iqamətgahına girib. Onlar Trampın mülkündə avtomat qoyulmuş çantalarını unudublar.

Polis yeniyetmələrin şanslı olduğunu deyib: Tramp və ya ailə üzvləri iqamətgahda olsaydı, xüsusi xidmət orqanları onları öldürmək üçün atəş açacaqdı.
 
Alpər