Şimal qütbünə plastik yağışı yağır.
Qaynarinfo xəbər verir ki, "Science Advances" jurnalında dərc olunan tədqiqata görə, Şimal qütbünə yağan hər 1 litr yağıntının tərkibində 10 min plastik parçası mövcuddur. Ölçüsü 5 mm-dən kiçik olan plastik hissələri hava vasitəsilə insanların yaşamadığı bölgələrə çatıb. Qar dənələrində təkər, boya, digər qeyri-təbii materiallardan hazırlanmış məhsulların hissələri aşkarlanıb.
Bildirilir ki, insanlar nəfəs alarkən belə mikro plastik hissələrini udurlar. Bunun sağlamlığa nə qədər zərərli olduğu hələlik araşdırılmayıb.
Qeyd edək ki, ötən gün ABŞ-ın Kolorado ştatında yağış suyu nümunələrinin 90%-dən çoxunda plastik tapılmışdı.
Gülşən
Şərhlər