Foto 10:50 20.04.2019

Şimal rayonlarda temperatur mənfi 8 dərəcəyə düşüb (FOTOLAR)

Azərbaycanın şimal bölgəsinin bir sıra yaşayış bölgələrinə qar yağıb.
 
ONA-nın verdiyi məlumata görə, ötən gündən başlayaraq bölgəyə yağmağa başlayan qar Qubanın Qrız kəndində 6 sm, Xınalıqda 4 sm, Xaltanda 3 sm, Xızının Altıağac qəsəbəsində 4 sm, Qusarın Yasab kəndində isə 1 sm təşkil edir. Bəzi ərazilərdə temperatur mənfi 8 dərəcəyədək enib.