İdman 14:03 30.01.2019

Şimali Kipr Dağlıq Qarabağda keçiriləcək futbol turnirinə qatılmayacaq

Şimali Kipr Türk Respublikası bu il Azərbaycanın işğal olunmuş torpaqlarında keçiriləcək tanınmamış respublikaların Avropa çempionatına qatılmayacaq.

Qaynarinfo xəbər verir ki, türk ölkəsinin bu addımına səbəb yarışın Dağlıq Qarabağda keçirilməsidir.

Yaarışda qondarma Dağlıq Qarabağ Respublikasının komandası ilə yanaşı, "Sampi”, "Luqans”, "Donetsk”, "Abxaziya”, "Nitsa”, "Çameriya”, "Padaniya”, "Saridiniya”, "Sekei”, "Qərbi Ermənistan” və "Cənubi Osetiya” kimi qondarma qurumların komandalarının iştirakı gözlənilir.