Dünya 09:56 15.03.2019

Şimali Koreya ABŞ-la nüvə danışıqlarını dayandırmağa hazırlaşır

Şimali Koreya ABŞ-la nüvə danışıqlarını dayandıra bilər.

Qaynarinfo CNBC-yə istinadən xəbər verir ki, bu barədə xarici işlər nazirinin köməkçisi Ço Son Hiy açıqlama verib. Bildirilir ki, Şimali Koreya ABŞ-ın Hanoy sammitində irəli sürdüyü tələbləri yerinə yetirmək niyyətində deyil. Şimali Koreya lideri Kim Çen In məsələ ilə bağlı rəsmi mövqeyini tezliklə yayımlayacaq.

Qeyd edək ki, ötən ay ABŞ prezidenti Donald Tramp və Kim Çen In Vyetnamın paytaxtı Hanoyda görüşərək Koreya yarımadasının nüvəsizləşdirilməsi və digər məsələləri müzakirə etmişdilər. Lakin sammit nəticəsiz qalmış, heç bir razılıq əldə edilməmişdi.

Gülşən