Dünya 16:56 19.04.2019

Şimali Koreya danışıqlarda Pompeonu istəmir

ABŞ Müdafiə Katibi Patrik Şanahan Şimali Koreyanın yeni silah sınağına münasibət bildirib.

Qaynarinfo xəbər verir ki, jurnalistlərə açıqlama verən Şanahan Şimali Koreyanın son hərbi addımının ballistik raket sınağı olmadığını bildirib. Həmin sınaq ABŞ-ın bölgədə reallaşdırılan hərbi əməliyyatlarına təsir göstərmir.

Qeyd edək ki, Şimali Koreya ötən günlərdə yeni taktiki silah sınağını reallaşdırıb. Bu addımdan sonra ölkə rəsmiləri ABŞ-la davam edən nüvə danışıqlarında Dövlət Katibi Mayk Pompeonun iştirakını istəmədiklərini açıqlayıb. Həmin açıqlamada Pompeonun Şimali Koreya barədə fikirləri və nümayiş etdirdiyi mövqe tənqid edilib. 

Gülşən