Dünya 12:38 12.03.2013

Şimali Koreya ordusuna müharibə həyəcanı verildi

Şimali Koreya lideri Kim Yonq Un orduya baş verə biləcək müharibəyə hazır olmaları üçün həyəcan əmrini verib. 

Qaynar.info-nun məlumatına görə, ölkə mətbuatı liderin əsgərlərə, "Sanki indi müharibə olacaq kimi hazır vəziyyətdə dayanmalısınız" dediyini yazıb. 

Qeyd edək ki, bir neçə gün əvvəl Şimali Koreya hökuməti Cənubi Koreya ilə bağlanmış atəşkəs müqaviləsini pozduğunu elan etmişdi. Həmin bəyanatdan sonra həm Şimal, həm də Cənub arasındakı gərginlik son həddə çatıb. 

Qaynar.info