Dünya 15:45 03.09.2017

Şimali Koreyadan açıqlama: Qüsursuz sınaq həyata keçirildi

Şimali Koreya ABŞ-ı vura biləcək qitələrarası ballistik raketləri daşıya biləcək ölçüdə hidrogen bombasını uğurla sınaqdan keçirdiyini açıqlayıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreyanın 1970-ci illərdən bəri ABŞ-ı vura biləcək silah istehsalı üçün çalışdığı bildirilir. Şimali Koreya bundan əvvəl nüvə silahını qitələrarası raketlərə yerləşdirə bilmədiyini, lakin son sınaqla bu məqsədə nail olduqlarını açıqlayıb. "Qüsursuz" adlandırılan sınaq nəticəsində 6,3 və 4,5 ballıq iki zəlzələ baş verib. 

Qeyd edək ki, sınağın əvvəlkilərdən 10 dəfə daha güclü partlayışa səbəb olduğu deyilir.

Hadisədən sonra ABŞ prezidenti Donald Tramp və Yaponiyanın baş naziri Şinzo Abe telefon görüşü həyata keçirib və məsələni müzakirə edib.

Gülşən

Qaynarinfo.Az