Dünya 18:30 06.09.2017

Şimali Koreyanın nüvə sınağı torpaq sürüşməsinə səbəb oldu

Şimali Koreyanın son nüvə sınağı bölgədə torpaq sürüşməsinə səbəb olub.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreyanın nüvə fəaliyyətini yaxından izləyən "38 North" adlı analiz qrupunun internet saytında yayılan məlumata əsasən testin həyata keçirildiyi mərkəz və ətraf bölgədə çox sayda torpaq sürüşməsi qeydə alınıb. 

Bildirilir ki, nüvə mərkəzinin ətrafında zəlzələr səbəbilə qum və çınqıllar havaya püskürüb.

Bəzi mütəxəssislər isə nüvə sınağından sonra mərkəzin altında yerləşən tunelin uçması barədə məlumat yayıb.

Qeyd edək ki, sınaq nəticəsində 6,3 bal gücündə zəlzələ meydana gəlmişdi.

Gülşən

Qaynarinfo.Az