Foto 17:53 28.03.2018

Şimali Koreyanın mediadan gizlənən "first lady"si Çin səfərində üzə çıxdı (FOTOLAR)

Şimali Koreya lideri Kim Çen İnin Çin səfəri zamanı üzə çıxan həyat yoldaşı Ri Sol Cu dünya ictimaiyyətinin diqqətini cəlb edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Koreya kəşfiyyatının məlumatlarına əsasən Şimali Koreyanın "First Lady"sinin 29 yaşı var və 3 uşaq anasıdır.

Kim və Rinin nə zaman ailə qurmaları ilə bağlı dəqiq məlumat yoxdur. Bəzi mənbələrin yazdığına görə, onlar 2009-cu ildə ailə həyatı qurub. Digər mənbələr isə Kimlə Rinin 2010-cu ildə bir konsert proqramında tanış olduğunu qeyd edirlər.

Cənubi Koreya mənbələrinin verdiyi məlumata əsasən Ri musiqi təhsili aldıqdan sonra 2005-ci ildə Şimali Koreyaya səfər edib.

Ri Sol Cunun bahalı zövqlərinin olduğu da qeyd olunur. Mətbuatda yayılan fotolara görə, Şimali Koreya xalqı qıtlıqla mübarizə apardığı bir dövrdə Kimin həyat yoldaşı lüks çantalardan istifadə edir.

Cənubi Koreya mətbuatı Kimin övladlarının üçünün də qız olduğunu iddia edib və bu səbəbdən onun oğlan varis istədiyini ilə bağlı şayiələrin yayıldığını yazıb.

Qeyd edək ki, Kimin xanımını mediadan uzaq tutması təkcə ona xas xüsusiyyət deyil. Ondan əvvəl hakimiyyətdə olan atası Kim Çen İl də həyat yoldaşını xalqa təqdim etməmişdi.