Şimali Makedoniyada xalq növbədənkənar parlament seçkilərində səs vermək üçün sandıq başına gedib.
Qaynarinfo xəbər verir ki, ölkə üzrə 1 milyon 814 min 263 seçici 3390 seçki məntəqəsində səs verəcək.
Ölkədə 120 yerlik parlament üzvlərinin müəyyənləşəcəyi seçkidə səsvermə yerli vaxtla 21.00-da başa çatacaq.
Seçkidə 15 siyasi ittifaq və partiyadan 1500-dən çox namizəd iştirak edir.
Camal
Şərhlər