Dünya 19:57 26.12.2018

Şimali və Cənubi Koreya arasında yol çəkilir

Şimali və Cənubi Koreya arasında planlaşdırılan dəmiryolu xətti və quru yolunun təməli atılıb.

Qaynarinfo xəbər verir ki, Cənubi Koreyadan 100 nəfərlik nümayəndə heyəti təməlatma mərasimində iştirak etmək üçün Şimali Koreyanın Kaesong şəhərinə səfər edib. Nümayəndə heyəti arasında nəqliyyat naziri  Kim Hyun-mee, birləşdirmə naziri Cho Myoung-gyon, nazirlik və parlament üzvləri yer alıb. Mərasimdə həmçinin BMT, Çin, Rusiya, Monqolustandan da rəsmilər iştirak edib.

Qeyd edək ki, bu ilin aprel ayında Şimali və Cənubi Koreya arasında keçirilən tarixi zirvədə iki ölkə sülh istiqamətində ciddi addımlar atdı. 

Gülşən