Dünya 08:55 06.06.2019

Sinay yarımadasında əməliyyat: 14 silahlı məhv edildi

Misirin Daxili İşlər Nazirliyi Sinay yarımadasının əməliyyat keçirib.

Qaynarinfo xəbər verir ki, əməliyyat zamanı 14 silahlı məhv edilib. 

Silahlılar güc strukturlarının Əl-Arişdəki postuna hücumda iştirak ediblər. "Hücumçuların izlənilməsinin gedişatında silahlı qruplaşma üzvlərini əl-Msaid ərazisindəki evlərdən birində aşkarlamaq mümkün olub", Misir DİN-nin açıqlamasında bildirilib.

Silahlılar polis əməkdaşlarına atəş açıblar. Onlar cavab atəşi ilə məhv ediliblər. Silahlıların 14 ədəd silahı və 3 "şəhid kəməri" müsadirə olunub.