Dünya 16:52 27.01.2020

Sinoptiklər Moskvaya bu ilin ən güclü qarını vəd etdi

Yanvarın 28-nə keçən gecə Moskvada qar yağacağı gözlənilir, bu da qışın əvvəlindən bəri ən güclüsü ola bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə bazar ertəsi, 27 yanvar Meteonews portalında məlumat verilib.

Mütəxəssislərin fikrincə, Rusiyanın Avropa hissəsinin şərqinə antisklon Barents dənizindən gəlib. O da qar yağmasına səbəb olacaq.

Hava proqnozlarına görə, artıq 27 yanvar axşamı paytaxtda qar örtüyü 1 sm, Moskvada ümumi qar artımı 4 ilə 8 sm arasında olacaq. Bununla birlikdə yanvarın 28-də qar yağışı zəifləyəcək. Çərşənbə axşamı gecə havanın temperaturu -3...-6 dərəcə, gündüz -3 dərəcə təşkil edəcək.