Xəbər lenti

“Sinovac” vaksininin üstünlükləri açıqlandı
Sağlamlıq 23:00 28.12.2020

“Sinovac” vaksininin üstünlükləri açıqlandı

COVİD-19-a qarşı Çində hazırlanmış "Sinovac” vaksini kliniki sınaqlardan uğurlu keçdiyinə görə artıq bir çox ölkənin marağına səbəb olub.

Qaynarinfo xəbər verir ki, İndoneziya və Türkiyədə indiyədək "Sinovac” vaksinin ən yüksək effektivlik faizi qeydə alınıb.

Çinin Milli Sağlamlıq Komissiyasının rəsmisi Zheng Zhongwei iyul ayından etibarən Çində bu vaksindən istifadə edildiyini bildirib: "1 milyondan çox insan peyvənd olunub, ciddi mənfi təsir qeydə alınmayıb".

Vasksinin əsas üstünlükləri bunlardan ibarətdir:

- sürətli immun cavab reaksiyası;
- öldürülmüş virus hissəciklərindən istifadə olunması (digər vaksinlərdə organizmə virusdan götürülmüş kodlar yeridilir. Bunun gələcəkdə daha hansı xəstəliklərə səbəb olacağı hələlik məlum deyil);
- daha çox ölkədə kliniki testdən uğurlu şəkildə çıxması;
- soyuducuda 2-8 dərəcə temperaturda saxlanıla bilməsi daşınmasını asanlaşdırır (Pfizer 70 dərəcədə saxlanılmalıdır).

Rəsmi məlumatlara əsasən, artıq Türkiyə, İndoneziya, Braziliya, Çili, Sinqapur, Malayziya, Filippin, Ərəb Körfəzi və bu kimi 100-dən çox dövlət "Sinovac” vaksinini sifariş edib.

İstehsalçı "Sinopharm” şirkətinin məlumatlarına görə, artıq 500 milyon doza vaksin istehsal olunub.

Vaksinin effektiv istifadəsi nəticəsində hazırda Çində gündəlik yoluxmaların sayı 20-30 nəfər arasındadır. Bu, dünya üzrə ən aşağı göstəricilərdən biridir. (modern.az)

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->