Dünya 23:08 15.04.2019

Sinqapur hava taksisini sınaqdan keçirir

Sinqapur Mülki Aviasiya İdarəsi (CAAS) 2019-cu ildə hava taksisini sınaqdan keçirməyi planlaşdırır. Modern.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, hava taksisi avtomobil ölçüsündə kiçik uçan aparat formasında hazırlanıb. Hava nəqliyyatı saatda 160 km-dən çox məsafə qət edə biləcək.

Uçuş və yerə enmə vertikal vəziyyətdə həyata keçiriləcək. İdarəetmə məsafədən və ya tamamilə avtonom həyata keçirilir.