Dünya 20:15 11.06.2018

Sinqapurda Trampa erkən doğum günü tortu

Sinqapurda Şimali Koreya lideri Kim Çen Inla görüşmək üçün səfərdə olan ABŞ prezidenti Donald Trampa erkən ad günü sürprizi edilib.

Qaynarinfo xəbər verir ki, Tramp 14 iyunda 72 yaşını qeyd edəcək. Sinqapur rəhbəri Lee Hsien Loong ilə görüşən Trampa yeməkdən sonra tort təqdim edilib və o şamları söndürüb. 

Qeyd edək ki, sabah Kim və Tramp görüşü keçiriləcək. Sinqapurun tarixi qarşılaşma üçün 15 milyon dollar pul xərclədiyi açıqlanıb. 

Gülşən