Dünya 15:03 29.03.2018

Sisi yenidən Misir prezidenti seçildi

Misirdə keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Əbdüllətif Sisi 92% səslə yenidən prezident seçilib. Onun əsas rəqibi hesab olunan Musa Mustafa Musa isə sadəcə 3% səsə sahib çıxa bilib.

Qeyd edək ki, seçkilərdə 60 milyon seçinin sadəcə 23 milyonu iştirak edib. 3 gün davam edən seçkilər dünən yekunlaşıb. Rəsmi nəticə isə gələn həftə elan olunacaq.

Gülşən