İdman 17:00 01.09.2020

“Siti” Messi ilə müqavilə şərtini açıqladı: Pep isə ona “hələlik orda qal” dedi

İngiltərənin "Mançester Siti"si yalnız transferi pulsuz olduğu təqdirdə "Barselona"nın futbolçusu Lionel Messi ilə müqavilə imzalamağa hazırdır. 

Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı "Mundo Deportivo” yayıb.

Keçən həftə mediada Messinin 2021-ci ildə bitəcək müqaviləni ləğv etmək istəyi barədə "Barselona”ya müraciət etdiyi bildirildi. Hücumçu "Mançester Siti"yə keçmək istədiyini də açıqladı. Mətbuatda argentinalıya digər namizədlər "PSJ” və İtaliyanın "Yuventus” komandasıdır.

Daha sonra "Sport.es” "Citi”nin Messiyə 500 milyon avro alacağı 5 illik müqavilə təklif etməyə hazır olduğunu bildirdi. Bu anlaşmaya görə, 33 yaşlı argentinalı üç mövsüm İngilis klubunda oynayacaq, bundan sonra daha iki il oynayacağı "Nyu York Siti”yə keçəcək.

"Mundo Deportivo” xəbər verir ki, İngiltərə klubu transferin maliyyə tərkib hissəsini təhlil edərək argentinalının transferinin yalnız bunun üçün pul ödəməyə ehtiyac olmadığı təqdirdə baş tuta biləcəyi qənaətinə gəlib. Bundan əlavə, transferin mümkünsüzlüyü barədə qərar UEFA-nın maliyyə feyr-pley qaydalarına riayət etməsi səbəbindən verilib.

Bu arada "Siti”nin baş məşqçisi Qvardiola bir gün əvvəl vətəni Kataloniyada tətildən sonra İngiltərəyə qayıdıb. Şayiələrə görə o, Kataloniyada Messi ilə söhbət edib. Bu söhbətin nəticələri Leo üçün məyusedici olub: "Catalunya Ràdio”ya görə, məşqçi ona keçid dövründə maddi çətinlikləri sadalayıb və "Barsa”da qalmasını tövsiyə edib. Ayrıca, İspaniya mətbuatı "Mançester Siti”nin hələ argentinalının transferi üçün rəsmi bir təklif etmədiyini iddia edir. "Şəhərlilər”ə koronavirus mövsümünün bitmə tarixi ilə bağlı mübahisələrin necə sona çatacağını gözləmək qalır.

Buna baxmayaraq, ingilislərin tamamilə əllərini yanına saldığını söyləmək olmaz. Məsələn, tanınmış insayder və televiziya jurnalisti Marçelo Bexler "Citi”nin zərurət yarandığı təqdirdə sensasiyalı xəbərləri gözəl şəkildə elan etmək üçün bir prodüsser şirkətinə Messi haqqında video təqdimat hazırlamağı da sifariş etdiyini bildirib.

Beləliklə, bu işdə hələ heç bir qərar verilməyib. Düzdür, argentinalının hələ də qanuni məhkəmə prosesinə başlamaması bir az təəccüblüdür, əgər bu artıq "Barsa” ilə müqaviləsini ləğv etməyin yeganə yoludursa və üstəlik ən qısa zamanda yeni komandaya qoşulmalıdır. Mövsüm isə lap kandardadır.

Göründüyü kimi, Messi 20 illik əməkdaşlıqdan sonra klubun ona güzəştə gedə biləcəyinə əvvəlki kimi ümid edir. Ancaq prezidentlikdə uğursuz olan Josep Bartomeunun şəxsi ambisiyaları çətin ki, ona bu cür səxavət göstərməyə imkan verə. Funksionerin canlı klub əfsanəsinin satışını da öz uğursuzluqlar siyahısına əlavə etmək istəmədiyi dəqiqdir.
 
Alpər