Dünya 14:29 05.03.2014

“Siyasətdən getməyə hazıram” - Ərdoğan

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bələdiyyə seçkilərində hakim partiyanın qalib gəlməyəcəyi təqdirdə siyasətdən getməyə hazır olduğunu bildirib.

Bu barədə "Anadolu" agentliyi xəbər verib.

Ərdoğan bildirib: "Tam açıq şəkildə söyləyirəm, seçkilərdə qalib gəlməsək, siyasətdən getməyə hazıram".

Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri martın 30-da keçiriləcək(“Trend”).