Sənət 14:20 15.01.2015

“Siyasətlə məşğul olmaq fikrim yoxdur”- Bəhram Bağırzadə

Aktyor Bəhram Bağırzadə yaradıcılıq yeniliklərindən danışıb. "Qafqazinfo”ya açıqlamasında aktyor filmə çəkildiyini bildirib: 

"Filmə çəkilirəm, ciddi obraz canlandıracam. Lakin bu haqda geniş açıqlama verə bilmərəm. "Bakının memarlığı - XXI əsr” adlı kitab yazıram, mayda işıq üzü görəcək. Yumoristik verilişlərə, filmlərə baxmıram. Heç kim məndən inciməsin, istəyim yoxdur. Prodüseri olduğum "Ümid” filmi beynəlxalq konqursda birinci yer tutdu, tək amalım Azərbaycanı xarici ölkələrdə tanıtmaqdır. Aprelin 25-26-ı Heydər Əliyev sarayında "KVN Parni iz Baku”nun tamaşası olacaq. Hər kəsi dəvət edirik”. 

Aktyor siyasətlə maraqlansa da, məşğul olmaq istəmədiyini qeyd edib:

"Siyasətlə maraqlansam da, siyasətlə məşğul olmaq fikrim yoxdur. Ən böyük siyasətim yaradıcılığımdır. Deyirlər ki, siyasəti izləməsən, siyasət səni izləyəcək. Gələcəkdə çəkəcəyim filmlərdə siyasi  bir kadrlara yer verə bilərəm”.

Qaynar.info