Ölkə 11:39 30.03.2020

Siyavuş Novruzov: "İki övladı olanlar hərbi xidmətdən azad edilməlidir"

"Azərbaycan Ordusu bu gün ən yaxşı texnika ilə təmin olunub”.

Qaynarinfo-nun APA-a istinadən məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında" Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı MM-in Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

S. Novruzov bildirib ki, bu texnikalar mütəxəssislər tərəfindən istidfadə olunmalıdır: "Hazırda müddətli hərbi qulluqçuların orduda xüsusi çəkisi 27%-dir. Həm də indi əksəriyyət hərbi xidmətə könüllü gedir. Buna görə də ildə iki dəfə çağırış olmalıdır”.