İdman 10:30 26.12.2013

Skolari "Barselona"ya gəlir


Braziliya yığmasının çalışdırıcısı Luis Felipe Skolari 2014-cü ildə futbol üzrə dünya çempionatının başa çatmasından sonra İspaniyanın "Barselona" klubunun baş məqşçisi ola bilər.

Trend-in məlumatına görə, bu barədə yerli KİV-lər xəbər verir.

Mütəxəssislərin fikrincə, "Barselona"nın hazırkı baş məşqçisi Herardo Martino cari mövsümün baş çatmasından sonra böyük ehtimalla postunu tərk edəcək.

Xatırladaq ki, bir müddət əvvəl Kataloniya klubunun prezidenti Sandro Rosel növbəti mövsümdən komandasının sükanı arxasında L.F.Skolarini görmək istədiyini demişdi.

Qeyd edək ki, hazırda "Barselona" İspaniya çempionatının turnir cədvəlində Madridin "Atletiko" klubu ilə birinci yeri bölüşür. Hər iki komanda 17 oyundan 46 xal toplayıb.

Qaynar.info