Texnologiya 15:42 01.09.2017

Smartfonlar üçün yeni imkan: 400 GB kart gəlir

"SanDisk" kompaniyası rekord həcmdə microSD kart istehsalına başlayıb. 

"Qaynarinfo" rus mətbuatına istinadən xəbər verir ki, bu vaxta qədər ən böyük ölçüdə kart 256 GB olub. 

Sözügedən yaddaş kartı isə 400 GB həcmindədir. Kart smartfon tərəfindən dəstəkləndiyi halda telefon drayverinin iş qabiliyyətini dəfələrlə artırmağa imkan verir.

Qeyd edək ki, ən bahalı smartfonların yaddaşı 128 GB olur. Ki, bu da nadir hallarda rastımıza çıxır. Adətən smartfonlarda 64 GB yaddaş istifadə olunur. 

Ancaq onu da bildirək ki, kartın qiymətinə yeni bir smartfon ala bilərsiniz. Belə ki, şirkətin karta qoyduğu qiymət ABŞ-da 250 dollardır. 

Nərmin Həsənli

Qaynarinfo.Az