Texnologiya 18:05 31.08.2020

Smartfonlarımız nədən qızır? – Ekspertin şərhi

ANO Rəqəmsal Platformalarının baş direktoru Arseni Şeltsin smartfonların əksər hallarda zəif rabitə siqnalı üzündən qızdığını deyib.

Qaynarinfo xəbər verir ki, mütəxəssisə görə, əlaqənin keyfiyyəti aşağı olanda smartfon sahibi eyni anda bir neçə tətbiqdən istifadə edərsə, istilik artır. Mütəxəssis Prime nəşrinə şərhində bildirib.

İkinci ən ümumi səbəb prosessorun çox qızmasıdır. Bu, cihazın fərqli modullarının - İnternet, Wi-Fi, GPS və Bluetooth-un eyni vaxtda istifadəsi ilə baş verir.
Şeltsin bütün cihazların yüksək sürətlə dayanmadan işləmək üçün nəzərdə tutulmadığına diqqət çəkib - fasiləyə ehtiyacları var. Smartfonun temperaturu çox yüksəkdirsə, onu söndürməlisiniz.
 
Alpər