Dünya 13:03 26.09.2020

SNBO-dan Krımı qaytarmaq üçün təklif: "Rusiyanı şalvarsız qoymalıyıq ki..."

Ukrayna hakimiyyəti hələ ki, Krımı güc yoluyla qaytarmaq gücündə deyil.

Qaynarinfo xəbər verir ki, bu sözləri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin müavini Sergey Krivonos deyib. Onun fikrincə, "Rusiyanı şalvarsız qoymaq” üçün sanksiyaları gücləndirmək daha təsirli olardı.

Krivonosun izah etdiyi kimi, Kiyev "iki cəbhədə müharibə aparacaq" vəziyyətdə deyil - Donbas və Krımda.

"Hətta torpaqlarımızı qanuni yolla geri qaytarmaqla belə müharibəyə gücümüz yoxdur”, - Krivonos Dom TV kanalının efirində deyib.

SNBO sədri "Rusiyanı sanksiyalarla elə bir səviyyəyə gətirmək lazımdır ki, problem yaransın – onda ya Krımdan imtina edəcəklər, ya da "şalvarsız" qalacaqlar: 

"Üstəlik, paralel olaraq ölkə daxilində müdafiə qabiliyyətini gücləndirmək lazımdır ki, bu da zərurət yarandıqda güc yoluyla hərəkət etməyi mümkün etsin”.
 
Alpər