Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin I Liqa təmsilçisi "İğdır” klubunun forma sponsoru olub.
Qaynarinfo xəbər verir ki, bu barədə qurumun Türkiyədəki törəmə şirkəti - "SOCAR Türkiye” məlumat yayıb.
Klubla müqavilə müddəti 2025/2026 mövsümünü əhatə edəcək. Rəsmi oyunlarda şirkətin loqosu futbolçuların formalarının ön hissəsində yer alacaq.
Qeyd edək ki, SOCAR eyni zamanda Türkiyə Superliqası təmsilçisi "Qalatasaray”a sponsorluq edir.
Şərhlər