Ekonomiks 11:45 12.08.2015

SOCAR yeni şirkət yaratdı

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və KBR şirkəti (ABŞ) mühəndislik xidmətləri üzrə birgə müəssisə yaradıb. "Report"un əldə etdiyi məlumata görə, yeni şirkət "SOCAR-KBR" adlanır.

Nizamnamə kapitalı 500 min manat olan şirkət dövlət qeydiyyatına bu ilin iyulun 14-də alınıb və qanuni təmsilçisi Tərlan Sahib oğlu Məmmədovdur.

"SOCAR-KBR"in Müşahidə Şurasının üzvləri Fəxrəddin Səttar oğlu İsmayılov, Yaşar Aydın oğlu Lətifov, İlham Mədət oğlu Nəsirov, Braendeland Jan Egil, Nadesan Siva və Simmonite Martindir.

Xatırladaq ki, martın 18-də Bakıda SOCAR prezidenti Rövnəq Abdullayev və KBR şirkətinin prezidenti və baş icraçı direktor Stüart Bredinin iştirakı ilə mühəndislik xidmətləri üzrə birgə müəssisənin təsis edilməsi haqqında sazişin imzalanma mərasimi keçirilib.

Qaynar.info