Soçi Beynəlxalq Hava Limanı təcili surətdə boşaldılıb.
"Qafqazinfo” xəbər verir ki, buna səbəb aeroporta bomba qoyulması ilə bağlı anonim məktubun alınmasıdır.
Məktub hava limanının elektron poçtuna göndərilib. Sərnişinlər təxliyyə olunub. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışlar aparır.
Şərhlər