İdman 09:30 24.02.2014

Soçi Olimpiadası başa çatdı- Ən çox qızılı kim apardı?


Soçidə "Fişt" Olimpiya stadionunda təşkil olunan XXII Qış Olimpiya Oyunlarının bağlanış mərasimi başa çatıb.

Trend-in məlumatına görə, 25 min könüllünün qatıldığı olimpiadada 2800-ə yaxın idmançı 7 idman növündə 98 dəst medal uğrunda mübarizəaparıb.

Rusiya Soçi olimpiadasında medal sayına görə birinci pillədə yer alıb- 13 qızıl, 11 gümüş, 9 bürünc. Norveç yığması 26 medalla (11-5-10)ikinci, Kanada millisi isə 25 medalla (10-10-5) üçüncü sıradaqərarlaşıb.

Ümumilikdə Olimpiya Oyunlarında 26 ölkədən idmançılar medal qazanıb.

Azərbaycan bu olimpiadada 4 idmançı ilə təmsil olunsa da, mükafatçılar sırasına düşə bilməyib.

Yer

Ölkə

Qızıl

Gümüş

Bürünc

Cəmi

1

Rusiya

13

11

9

33

2

Norveç

11

5

10

26

3

Kanada

10

10

5

25

4

ABŞ

9

7

12

28

5

Niderland

8

7

9

24

6

Almaniya

8

6

5

19

7

İsveçrə

6

3

2

11

8

Belarus

5

0

1

6

9

Avstriya

4

8

5

17

10

Fransa

4

4

7

15

11

Polşa

4

1

1

6

12

Çin

3

4

2

9

13

Cənubi Koreya

3

3

2

8

14

İsveç

2

7

6

15

15

Çexiya

2

4

2

8

16

Sloveniya

2

2

4

8

17

Yaponiya

1

4

3

8

18

Finlandiya

1

3

1

5

19

Böyük Britaniya

1

1

2

4

20

Ukrayna

1

0

1

2

21

Slovakiya

1

0

0

1

22

İtaliya

0

2

6

8

23

Latviya

0

2

2

4

24

Avstraliya

0

2

1

3

25

Xorvatiya

0

1

0

1

26

Qazaxıstan

0

0

1

1

Olimpiadada ən çox idmançı ilə ABŞ (230 nəfər) təmsil olunub. Ev sahibi Rusiya isə 225 idmançı ilə yarışıb.

Yarışlar 11 idman infrastrukturunda təşkil olunub. Bu obyektlərinümumi tamaşaçı tutumu 120 min nəfərdir. İdman obyektləri sırasında ənböyüyü "Fişt" Olimpiya stadionudur. Ümumilikdə 88 ölkənin qatıldığıyarışları 3 milyarddan artıq tamaşaçı seyr edib.

XXII Qış Olimpiya Oyunlarında bir neçə göstərici üzrə rekord damüəyyənləşib. Soçidə 88 ölkədən idmançılar çıxış edib ki, bu da 4 ilbundan əvvəl Vankuverdə keçirilmiş Oyunlardan 6 ölkə çoxdur. Ümumilikdə98 medal dəsti uğrunda mübarizə gedib ki, bu da 2010-cu ildəkindən 12dəst çoxdur.

Qeyd edək ki, Soçidə XI Qış Paralimpiya Oyunları isə martın 7-dən16-dək keçiriləcək. Paralimpiya Oyunlarında 72 dəst medal öz sahibinitapacaq.