İdman 00:23 09.02.2014

Soçi Olimpiadasında Azərbaycana qarşı həqarət - FOTOFAKT

Soçi Olimpiadasının açılış ssenarsinə görə, arenaya çıxan komandalardan öncə ölkələrin xəritələri stadion boyu televizya tamaşaçılarına təqdim olunub. 

“Axar.az”ın məlumatına görə, milli yığmamız stadiona daxil olan zaman - Gürcüstan milli yığması ilə bağlı baş verən olaya uyğun - “duman örtüyü” Azərbaycanın əzəli torpaqları - Dağlıq Qarabağın da üstünü örtüb.    

Xatırladaq ki, gürcü idmançılarının arenaya girdiyi zaman təqdim olunan xəritədə Gürcüstanın ərazi bütövlüyünün şübhə altına alınması gündəmdədir. Gürcü mediası və siyasi ekspertlərinin iddiasına görə, xəritədə Abxaziya və Cənubi Osetiya Gürcüstanın tərkibində göstərilməyib. Açılış mərasiminin getdiyi bir vaxtda "İmedi" telekanalında canlı efirə gedən "Mövqe" tok-şousunun qonağı olan Gürcüstanın Xarici İşlər naziri Maya Pancikidze insindentlə bağlı sualların qarşısında aciz qalıb. O, sadəcə, veriliş istırakcılarını bunu təxribat kimi qəbul etməməyə çağırıb. Videodan da görünürdü ki, xəritənin Abxaziya və Cənubi Osetiya olan hissələri qəribə dumanla "örtülüb".   

Eyni “dumanın” həm də Dağlıq Qarabağın üstündə görünməsi artıq separatçı rejimlərə Rusiyanın münasibəti və Gürcüstan və Azərbaycan ərazi bütövlüyünə Rusiyanın etinasızlığı kimi qəbul olunmaqdadır. 

Qeyd edək ki, Abxaziya və Osetiya kimi, Azərbaycan xəritəsində də Qarabağın üstündə “ağ duman” olduğu fotodan aydın görünür.

Qaynar.info