Sağlamlıq 16:24 09.06.2019

Solyarinin zərərləri

Sirr deyil ki, əksəriyyət dənizə getməyə vaxt, imkan tapmadıqlarından, dənizin təmiz olmaması səbəbindən özlərini qaralda bilmirlər. Hər şeyə dərman olduğu kimi artıq sərbəst qaralmanın da çarələri var. Kremlər, spreylərlə yanaşı, təbii qaralma effektini verən solyari qəbulu da bu gün məhşur çarələr sırasında ilkdədir.

Qaynarinfo xəbər verir ki, solyari günəş işıqlarına məruz qalmadan, gözəllik mərkəzlərində, 3 formalı kabinlərdə lampalar vasitəsi ilə qaralmaqdır. Bəziləri tərəfindən təhlükəli olaraq qarşılansa da, əksəriyyəti üçün bu üsul qiymət baxımından həm münasib, həm də qorxusuzdur. 

Məlumatsız, bilgisiz solyari qəbul etmək günəşdən alınan yanıqların eynilə alınmasına, hətta daha artıq yanıqların meydana gəlməsinə səbəb ola bilər. Eyni zamanda, solyari tətbiq edən insan da bu baxımdan olduqca məlumatlı, təcrübəli olmalıdır. Solyaridə istifadə olunan lampalar bizim evdə istifadə etdiyimiz lampalardan tamamilə fərqlidir. Bəzi lampaların 500, bəzilərinin 800, hətta 1200 saat istifadəsi mümkündür. İstifadə müddəti bitmiş lampalardan istifadə zamanı da dəridə yanıqlar, zədələnmələr yarana bilər. Dəridə ləkələnmələrə də səbəb olan bu lampalar vaxtı bitdiyində mütləq dəyişdirilməlidir. Solyaridə xərçəng xəstəliyinə tutumaq riski yoxdur. Çünki solyaridəki işıqlar ultrabənövşəyi şüalardan deyil. Xərçəngin yaranması üçün ultrabənövşəyi şüalanmaya məruz qalmaq lazımdır.