Dünya 19:27 25.03.2018

Somalidə böyük partlayış: parlament binası yaxınlığında atışma

Somalinin paytaxtı Moqadişuda böyük partlayış meydana gəlib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, partlayış sonrası yaranan duman böyük ərazini bürüyüb. Parlament binası yaxınlarında silahlı qarşıdurmanın olduğu bildirilir.

Hadisənin detalları barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, 3 gün əvvəl şəhərdə bomba yüklü maşın partladılmış, 14 nəfər həlak olmuşdu. Ölkədə teraktlar əsasən Əş Şəbab terror təşkilatı tərəfindən törədilir.

Gülşən