Dünya 18:46 19.01.2019

Somalidə terrorçularla ordu arasında qarşıdurma

Somalı ordusu Əl Şəbab terror qrupunun 73 üzvünü zərərsizləşdirib.

Qaynarinfo xəbər verir ki, silahlı qarşıdurma Aşağı Cuna vilayətində baş verib. Hərbi bazaya terrorçular tərəfindən hücum təşkil edilib. Hadisə zamanı 73 terrorçu və 41 Somali əsgəri öldürülüb.

Gülşən