Sağlamlıq 14:26 29.08.2019

Son 5 ayda 67 nəfəri ilan, 16 nəfəri əqrəb sancıb

Azərbaycanda aprel-avqust aylarında 67 nəfəri ilan, 16 nəfəri isə əqrəb sancıb.

Bunu APA-ya baş toksikoloq, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, ilan sancanlardan 4 nəfəri azyaşlı olub: "Müraciət edənlərin 60%-i kişi, 40%-ni qadınlar təşkil edib. İlan və əqrəb sancmaları ilə bağlı ölüm halı qeydə alınmayıb. 67 nəfərdən 16-sının vəziyyəti ağır, qalan 51 nəfərin vəziyyəti isə orta-ağır qiymətləndirilib”.

A.Maqsudov qeyd edib ki, avqust ayında 5 nəfəri ilan sancıb.  "Havaların sərin keçməsi ilə əlaqədar çox müraciət yoxdur”,- deyə o vurğulayıb.