Ölkə 12:14 26.07.2018

Son 6 ayda ölkədə nə qədər yaşıllıq məhv edilib? (AÇIQLAMA)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti tərəfindən 2018-ci ilin 6 ayı ərzində ölkə ərazisində ağac və kolların qanunsuz kəsilməsi, zədələnməsi ilə əlaqədar ümumilikdə 415 fakt aşkar edilib, 889 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 50 müddətli "məcburi göstəriş” verilib.
 
Bu barədə Qaynarinfo-nun sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Məlumatda həmçinin qeyd olunub ki, təqsirkarların tapılması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün 135 iş polis orqanlarına, 30 iş prokurorluq orqanlarına və 15 iş məhkəmə orqanlarına göndərilib.
 
Çingiz Səfərli