Dünya 11:22 30.07.2021

Son dəqiqə: Türkiyə 40-a yaxın PKK mövqeyini məhv etdi

İraqın şimalındakı Qəndil, Qara, Hakurk və Zap bölgələrində terror təşkilatı PKK-nın istifadə etdiyi hədəflərə qarşı hava əməliyyatları həyata keçirilib.

Qaynarinfo xəbər verir ki, bu haqda Türkiyə Milli Müdafiə Nazirliyi-nin yaydığı məlumatda deyilir.

Məlumata görə, əməliyyatlar nəticəsində təxminən 40 terrorçu hədəf məhv edilib.
 
Alpər