Foto 13:20 15.12.2017

17 mərtəbəli binadakı yanğın söndürüldü: 25 nəfər təxliyə olundu (FOTO+VİDEO/YENİLƏNİB)

Xırdalanda 17 mərtəbəli binada başlayan yanğın söndürülüb.

Qaynarinfo-nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğınsöndürənlərin hadisə yerinə gəlişindən qısa zaman sonra yanğın nəzarət altına alınıb. 25 nəfər təxliyə olunub.

FHN-nin briqada rəisi, polkovnik-leytenant Səbuhi Hüseynov Qaynarinfo-ya bildirib ki, hadisə zamanı xəsarət alan yoxdur. 

Təxliyə olunan sakinlərə təcili yardım briqadası ilkin yardım göstərir. 

***
12.50

Xırdalanda 17 mərtəbəli yaşayış binasında güclü yanğın başlayıb.

Qaynarinfo-nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Xırdalanın mərkəz prospektində yerləşən binada başlayan yanğın getdikcə şiddətlənir. Əhali köməksiz vəziyyətdə qalıb. Məlumata görə, hələlik FHN əməkdaşları hadisə yerinə gəlməyib.