Texnologiya 17:45 18.05.2018

Son iki ilin ən bahalı 10 avtomobili: 4.8 milyon dollar (SİYAHI)

Avtomobil bu gün artıq hər birimiz üçün lüks həyat tərzi olmaqdan daha çox gündəlik ehtiyacımızdır. Amma bəzi maşınlar var ki, onlardan cəmi bir neçə ədəd istehsal edilir və lyuksun, bahalı, dəbdəbəli həyatın əsl göstərici hesab edilirlər. 

Qaynarinfo son 2 ildə istehsal edilən və satılan ən bahalı 10 avtomobili təqdim edir. 

10. "Koenigsegg Regera"- bu maşının qiyməti 2 milyon dollara yaxındır. 

9. "Koenigsegg One:1" - saatda 439 km sürət yığır. Buna görə o dünyanın ən sürətli maşınları sırasında göstərilir. Qiyməti isə 2 milyon dollardır. 

8. "Bugatti Chiron" - tarixin ən lüks və bahalı maşınlarından olan "Bugatti"nin bu modeli üçün alıcısı cəmi 2.5 milyon dollar ödəyib. 

7. "Ferrari F60 America" - 2.5 milyon dollaradır.

6. "Pagani Huayra" - 2017-ci ilin Cenevre avto sərgisində ilk dəfə nümayiş etdirilib. Dəyəri 2.6 milyon dollardır. 

5. "Ferrari Pininfarina Sergio" - maşının qiyməti düz 3 milyon dollardır. 

4. "Bugatti Veyron" - dünyanın ən sürətlisi olmasa da, 3.4 milyonluq qiyməti ilə dünyanın ən bahalı maşınları sırasındadır. 

3. "W Motors Lykan Hypersport" - 3.8 milyon dollardır.

2. "Lamborghini Veneno" - adıçəkilən şirkətin 50 illiyi münasibəti ilə istehsal edilib. İspan dilindən tərcümədə "zəhər" mənasına gələn maşının qiyməti 4.5 milyon dollardır. 

1. "Koenigsegg CCXR Trevita" - dizaynında almazlardan istifadə edilən maşını almaq üçün 4.8 milyon dollar ödəmək lazımdır. 
 
Nərmin Həsənli