Sağlamlıq 16:38 04.07.2022

Son sutkada koronavirusa yoluxanların statistikası

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 17 yeni yoluxma faktı qeydə alınıb, 11 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 793 388 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 453 nəfər müalicə olunaraq sağalıb, hazırda 218 aktiv xəstə var. Bu günə qədər 9 717 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 574, bu günə qədər isə ümumilikdə 6 972 527 test icra olunub.

Bu gün 41 nəfər vaksinasiya olunub.

Gün ərzində yalnız 1 nəfər birinci doza vaksin olunub.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 40-dir.

İkinci doza və pozitiv nəticədən sonra "buster” doza üzrə vaksinasiya olunan qeydə alınmayıb.