Sağlamlıq 10:30 18.02.2020

Sonuncu koronavirus şübhəlisi bu gün evə buraxılacaq - Nazirlik

"Yoluxucu xəstəliklər şöbəsində olan iki tələbə dünən evinə buraxılıb”.

Qaynarinfo xəbər verir ki, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə bəyanatında deyilir. 

Onların səhhətində hər hansı bir problem aşkarlanmayıb.
Xəstəlik alovlanan ərazidən gələnlər üçün xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada qalan 1 nəfər karantin müddəti bitdiyindən gün ərzində evinə buraxılacaq. Vəziyyəti normaldır heç bir şikayəti yoxdur.