Video 21:57 07.04.2019

Sosial evlər əmlak bazarında qiymətlərə niyə təsir etmir? (VİDEO)

Ötən ildən bu günə qədər Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən 400-dən çox ev satışa çıxarılıb.

Güzəştli şərtlərlə verilən mənzillərin dəyəri bazar qiymətindən aşağı olsa da, Bakıdakı evlərin qiymətinə təsir etməyib.

Əmlak məsələləri üzrə ekspertlərin fikrincə, nəniki Bakının digər rayonlarında, hətta sosial evlərin yerləşdiyi Yasamal rayonunda da mənzullərin qiyməti dəyişməz qalıb.

Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev hesab edir ki, bazarın tələbatı satışa çıxarılan mənzillərdən çoxdur. Sosial evlər ümumi bazarın təxminən 5-6 faizini əhatə edir. Ona görə də ciddi bir qiymət enməsinin müşahidə edilməsi real görünmür.

Ekspertin fikrincə, Mənzil İnşaatı Dövlət Agentliyinin Hövsanda inşa edilən yaşayış kompleksindəki mənzillərin də istifadəyə verilməsi bazara ciddi təsir etməyəcək. Lakin Bakının digər ərazilərində belə yaşayış kompleksilərinin salınması bazarda qiymtlərin enməsini təmin edə bilər. (Xəzər TV)