"Əksər ailələr sosial problemlər, kənar müdaxilələr və lazımsız mübahisələr üstündə dağılır”.
Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Mehriban Zeynalova 2023-cü il yanvar-iyul ayları ərzində 12 610 boşanma sayından danışarkən deyib. Ekspert bildirib ki, heç kəs qabaqlayıcı tədbirlərin görülməsi barədə müzakirə aparmır:
"Bu gün bir çox ailələr qarşılıqlı öhdəlikləri yerinə yetirmirlər, məsuliyyətini dərk etməməkdən irəli gəlir. Ailə quran şəxslər düşünür ki, evlənib, uşaq dünyaya gətirməliyəm. Amma insan haqlarına köklənən ailə modeli olsaydı, bunlar baş verməzdi. Heç kəs heç kəsin şərəf və ləyaqətini alçalda bilməz, işgəncə verə bilməz. İnsanlar qarşılıqlı anlaşma və hörmət əsasında ailə qursalar, problemlər də az olardı. Mən deyirəm ki, ailə quran şəxslərin bir yol xəritəsi olmalıdır. Onun içərisində sosial dəstək proqramları da olmalıdır”.
Mehriban Zeynalova qeyd edib ki, 2023-2026-cı il üçün ailələrə sosail dəstək proqramları müzakirə olunmalıdır:
"Dayanıqlı ailə modeli nə qədərdir? Ailənin mahiyyətini dərk edə biləməyənlər elə başa düşür ki, yanvar ayında nikaha girənlər iyun ayında boşanıb. Elə deyil. Onun arasında 2-10 il əvvəl də evlənənlər var. Biz bu rəqəmlərə baxmalıyıq. Ailələr niyə boşanır? Boşananların neçə uşağı var? O uşaqlarla bağlı hansı addımlar atılır? Bunün üçün normal işçi qrupu olmalıdır ki, dayanmadan bunun monitorinqini aparsın. Hansısa ailəni nəzarətə götürüləməsi məsələsi deyil, hüquqi dövlətdə yaşayırıqsa onların da da hüquq və öhdəliyi bilinməlidir. İstədim evləndim, baxa bilmədim, yaxud da anam baxmadı, ayrıldım, belə yanaşma olmaz. Əvvəlki ailə modeli yoxdur, ata-ana dəstək versin. Sığınacağa müraciət edənlərdən soruşuram ki, valideynlərinin var? Deyir var, amma hərə özünə. Bu gün belə hallarlar varsa, tədbirlər görülməlidi”.
Mehriban Zeynalova əvvəlki illərdə təzə qurulan ailələrə ata-ana dəstək verirdi:
"Bu gün ailə dəstəyi yoxdur. Odur ki, evlələnlər öz hüquq və öhdəliyini bilməlidir. Boşananlar aliment vermir, qarşı tərəfə hədə-qorxu gəlir, ananın əlindən uşağı ala bilirlər. Çoxlu neqativ tərəfləri var və biz bunları bilirik. Bildiyimiz halda da müzakirə etmirik”.
Sədr sonda əlavə edib ki, dayanıqlı nikah konsepsiyası üzərində fikirlərimizin eşidilməsinə nail olunmalıdır:
"Mənim təklifim, insan hüquqları prinsiplərinə söykənən ailələrin yol xəritəsinin hazırlanmasıdır”.
Qeyd edək ki, yanvar-iyun aylarında ailə qurub və boşananların statistikası açıqlanıb. Statistikasa 29 191 nikaha girənlər, 12 610 boşanma halları qeyd edilib.
Bahar Rüstəmli
Şərhlər