Maqazin 01:44 06.10.2014

Sosial şəbəkədə etiraz etdi, serialdan qovuldu - FOTO

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, FOX Tv-də yayımlanan "Kocamın Ailesi" serialının baş rol oyunçusu Selen Seyven, iyul ayında sağ gözünün altında göyərti olan bir fotoşəkili instagramda paylaşmış və altına "İş əxlaqı belə bir şeydir... Gözün çıxıb əlinə düşsə belə çəkərsən səhnələri ... Səni səndən başqası bu nankor peşədə düşünən deyil" yazıb.

Bundan bir neçə gün sonra isə, yenidən serial çəkilişlərindən yorulduğunu dilə gətirib. Bu hal təkrarlanmağa başladığı üçün serialdan qovulub. 

Qaynar.info