Siyasət 14:18 15.04.2013

Sosial şəbəkədə sorğu: Mehriban Əliyeva birinci oldu

"Butalife.com" sosial şəbəkəsində maraqlı sorğu keçirilir. Belə ki, martın 29-da sosial şəbəkənin istifadəçilərindən biri "2013-cü ildə Azərbaycanda keçiriləcək prezident seçkisindən sonra kimi prezident görmək istərdiniz?" adlı sorğu açıb.

Qaynar.info-nun AzNews.az-a istinadən verdiyi xəbərə görə, qısa müddət ərzində sorğuda 20 minə yaxın istifadəçi iştirak edib. Hazırda da davam edən sorğuda maraqlı nəticələr qeydə alınıb.

Heç bir əlavə şərh vermədən bu ana olan nəticələri təqdim edirik:


Mehriban Əliyeva 42% (Səslər: 7233)

İsa Qəmbər  15% (Səslər: 2547)

İlham Əliyev 12% (Səslər: 2125)


İlqar Məmmədov 8% (Səslər: 1350)
 
Eldar Namazov 7% (Səslər: 1240)
 
Ayaz Mütəllimov 6% (Səslər: 1026)
 
Əli Kərimli  4% (Səslər: 680)
 
İqbal Ağazadə 4% (Səslər: 598)
 
Rəsul Quliyev  1% (Səslər: 241)

Sorğu ilə bu linkdə tanış olmaq olar.

Qaynar.info